Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" bu gün "Qalatasaray"la qarşılaşacaq

\\\"Qarabağ\\\" bu gün \\\"Qalatasaray\\\"la qarşılaşacaq

İDMAN

492

26.03.2023, 09:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında xeyriyyə oyunu keçiriləcək.

Oxu24.com-un məlumatına görə, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.

Xeyriyyə matçı
26 mart
20:00. "Qarabağ" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.