Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının final günüdür - FOTO

Bakıda bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının final günüdür - FOTO

İDMAN

602

25.03.2023, 20:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 25-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının final gününə start verilib.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bu gün fərdi alətlər üzrə (halqa, top, gürzlər, lent) yarışın qaliblərini müəyyən edəcək finallar keçirilir.

Çempionatda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, "Grasiya" İdman Klubu, "Zirə", Sumqayıtı təmsil edən gimnastlar iştirak edir. Onlar iki yaş kateqoriyasında - "gənclər" (2008-2010-cu il təvəllüdlü) və "böyüklər" (2007-ci il təvəllüdlü və daha yuxarı) yarışırlar.

Dünən fərdi çoxnövçülük üzrə çempionatın qalibləri müəyyənləşib.

Qeyd edək ki, bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı martın 24-25-də keçirilir.

Məqaləyə dair fotomateriallar: