Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

İDMAN

656

16.03.2023, 20:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Oxu24.com-un məlumatına görə, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada moldovalı Mihaela Samoillə üz-üzə gəlib. Məmmədova ilk hissədən sonra hesabda geri olsa da, əzmkarlıq göstərərək yekunda inamlı qələbə qazanıb - 14:7.
Bu gün həmçinin 68 kq-dakı Nigar Mirzəzadə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi macarıstanlı Karolina Pok olacaq. Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.