Qaynar xətt:

(+99450) 247 90 86

Azarkeşlər "Barselona" klubuna qarşı etiraz aksiyası keçiriblər

Azarkeşlər \\\"Barselona\\\" klubuna qarşı etiraz aksiyası keçiriblər

İDMAN

451

13.03.2023, 10:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Atletik" azarkeşləri "Barselona"ya 0:1 hesabı ilə uduzduqları İspaniya La Liqasının XXV tur oyununda rəqibə etiraz ediblər.

"Report" COPE-yə istinadən xəbər verir ki, fanatlar üzərində "mafiya" yazılmış saxta əskinasları meydana atıblar.

Tərəfdarlar qarşılaşma zamanı Kataloniya təmsilçisinin hakim məsələlərinə görə aşağı dəstəyə getməli olduğunu bildiriblər.

Qeyd edək ki, daha əvvəl "Barselona"nın sabiq prezidenti Xosep Maria Bartomeunun hakimlərə və jurnalistlərə pul verdiyi iddia olunub. Artıq yerli prokurorluq kluba qarşı korrupsiya ittihamı irəli sürüb.