Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" dünya reytinqində daha 7 pillə irəliləyib

\\\"Qarabağ\\\" dünya reytinqində daha 7 pillə irəliləyib

İDMAN

445

10.03.2023, 10:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Oxu24.com  IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

149 xala malik "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 62-ci sıradadır. Ölkə çempionu Argentinanın "Talyeres" (Kordoba) klubu ilə eyni xala malikdir.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 313 xal), "Real Madrid" (İspaniya - 308) və "Palmeyras" (Braziliya - 263) qərarlaşıb.