Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83531
az

Elmar Qasımov idman karyerasını bitirdi

13:1727 Fevral, 2023
332
İDMAN
  • A
Cüdoçu Elmar Qasımov peşəkar karyerasını bitirməyə qərar verib. Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Daha sonra o, bu barədə açıqlama verib: “Cüdo mənim həyatımda mühüm rol oynayıb. Karyeram boyu hər zaman Prezident İlham Əliyevin bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm və buna görə də ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşaiyət edən məşqçilərimə –Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm”. Elmar Qasımov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa Çempionatında qızıl medal qazanaraq himnimizi səsləndirib və bayrağımızı qaldırıb. O, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu “Masters” turnirinin qalibi olmaqla yanaşı, Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 18 medal qazanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neftçi” “Kəpəz”i darmadağın etdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı