Qaynar xətt:

(+99450) 247 90 86

“Qarabağ” UEFA reytinqində mövqeyini qoruyub

“Qarabağ” UEFA reytinqində mövqeyini qoruyub

İDMAN

496

25.02.2023, 14:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avrokubokların növbəti oyun həftəsi başa çatıb.

Oxu24.com  saytının məlumatına görə, Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.


Bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu üzdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib. Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür.

Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.