Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" dünya reytinqində daha 9 pillə irəliləyib

\\\"Qarabağ\\\" dünya reytinqində daha 9 pillə irəliləyib

İDMAN

491

12.02.2023, 13:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Oxu24.com  IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

143 xala malik "köhlən atlar" ötən ayla müqayisədə 9 pillə irəliləyərək 69-cu sıradadır.

Ölkə çempionunun UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın "Gent" klubu 117 xalla 109-cudur.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 299 xal), "Palmeyras" (Braziliya - 284) və "Liverpul" (İngiltərə - 265) qərarlaşıb.