Qaynar xətt:

(+99450) 247 90 86

6 qat dünya çempionu öldü

6 qat dünya çempionu öldü

İDMAN

510

09.02.2023, 22:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

SSRİ yığmasının heyətində xokkey   üzrə 6 qat dünya çempionu Georgi Kanareykin 72 yaşında vəfat edib.

Oxu24.com xəbər  verir  ki, nekroloq Rusiya Xokkey  Federasiyasının saytında yerləşdirilib.

Ölümün səbəbləri, vaxtı, həmçinin dəfn tarixi barədə məlumat verilməyib

 

Kanareikin idman karyerasına 1958-ci ildə Arxangelsk uşaq "Spartak" komandasında başlayıb. 1968-ci ildə Moskvanın "Dinamo"suna keçib və burada 14 mövsüm oynayıb. Bu müddət ərzində klub yeddi dəfə SSRİ çempionu olub. 1975-ci il çempionatında Kanareikin ən yaxşı hücumçu kimi tanınıb.

Georgi Vasilyeviç həmçinin üç dəfə (1975, 1976, 1978) Avropa Çempionlar Kubokunu qazanıb, Ümumittifaq yığmasının tərkibində isə altıqat dünya çempionu (1969, 1971, 1973, 1975, 1977, 1979) olub.

Karyerasının sonunda Georgi Kanareikin məşqçiliklə məşğul olurdu.

 

Tərcümə:Nigar