İngiltərənin “Tottenhem” klubunun sabiq müdafiəçisi Anton Uolks faciəvi hadisə nəticəsində dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, 25 yaşlı futbolçu qayıq qəzasında dünyasını dəyişib.
Bu barədə onun sonuncu klubu – “Şarlott” açıqlama yayıb. ABŞ təmsilçisi ingilis futbolçunun Mayami yaxınlığında qəzaya uğradığını bildirib.
Xatırladaq ki, Anton Uolks 2016-2018-ci illərdə “Tottenhem”in şərəfini qoruyub. London klubu həmin vaxt onu “Atlanta Yunayted” və “Portsmut”a icarəyə də verib.
Uolks “Tottenhem”dən ayrılandan sonra da bu iki komandanın uğurları üçün çalışıb. 2021-ci ilin dekabrından isə o, “Şarlott”da forma geyinirdi.
Oxu24.com
ŞƏRHLƏR