Qaynar xətt:

(+99450) 247 90 86

Azarkeş futbolçunu təpiklə vurub qaçdı - VİDEO

Azarkeş futbolçunu təpiklə vurub qaçdı - VİDEO

İDMAN

644

16.01.2023, 16:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İngiltərə Premyer Liqasının “Arsenal” – “Tottenhem” oyunundan (2:0) sonra “topçular”ın qapıçısı “Spurs” azarkeşlər tərəfindən vurulub.

Oxu24.com xarici mediaya istinadən  xəbər  verir   ki, qarşılaşma başa çatdıqdan sonra Ramsdeyl "Tottenhem"in hücumçusu Riçarlisonla mübahisə edib və o, mübahisədən sonra qapıçını itələməyə başlayıb.

Gərginlik səngidikdən sonra Ramsdeyl su içmək üçün meydançadan kənara çıxıb və o, şüşə almaq üçün əyildiyi zaman Spurs azarkeşi onu təpikləyib və  qaçıb.

"Tottenhem azarkeşləri matç zamanı məni təxribata çəkdilər və mən onlara cavab verdim. Bu insanlar bütün bunları idmanın bir hissəsi kimi gördülər, lakin azarkeşlərdən biri kürəyimə bir az zərbə vurmağa çalışdı.

Bu ayıbdır, çünki bu, sadəcə bir oyundur. Hər iki komandanın oyunçuları məni aparmağa çalışdılar, amma xoşbəxtlikdən ciddi heç nə olmadı”, -  deyə Ramsdeyl hadisəni şərh edib.

 

Tərcümə: Miri Məcidli