Qaynar xətt:

(+99450) 247 90 86

FİFA Argentina Futbol Federasiyasına qarşı iş açacaq

FİFA Argentina Futbol Federasiyasına qarşı iş açacaq

İDMAN

609

10.12.2022, 18:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

FİFA Argentina Futbol Federasiyasına qarşı 2022-ci il dünya çempionatının 1/4 finalında argentinalıların Hollandiya millisini məğlub etdiyi oyunundan sonra Argentina Futbol Federasiyasına qarşı icraata başlamaq qərarına gəlib.

Oxu24.com xəbər  verir  ki, Mundo Deportivo saytının yaydığı məlumata görə,qarşılaşma zamanı argentinalı yarımmüdafiəçi Leandro Paredesin Hollandiya millisinin ehtiyat oyunçular skamyasına topla vurması  və qələbədən sonra Argentina millisinin oyunçuları  Paredes və Nikolas Otamendi Hollandiya yığmasından olan rəqiblərə qarşı nalayiq davranıblar.

 

Həmçinin Argentina yığmasının futbolçuları matçın baş hakimi ispan Mateu Laosu təhqir ediblər. Bundan başqa, Argentina millisinin hücumçusu Lionel Messi ispaniyalı hakimdən şikayət edib

 

Yaxın vaxtlarda FİFA-nın bu işlə bağlı hökm çıxaracağı gözlənilir.

 

Tərcümə: Aynurə Məcidova