“Sabah” -“Slaviya” oyunun qalibi MÜƏYYƏNLƏŞDİ
13 Oktyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
382
08.12.2022, 22:38
Rusiyanın məşhur silah baronu Viktor But ABŞ-ın tanınmış basketbolçusu Brittni Qraynerlə dəyişdirilib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, onların mübadiləsi Biləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanında reallaşıb.
Rusiya vətəndaşı artıq ölkəsinə dönüb.
Viktor Anatolyeviç But 1967-ci il yanvarın 13-də Tacikistanın Düşənbə şəhərində anadan olub. 2012-ci ildə ABŞ-da qanunsuz silah ticarəti və terroru dəstəkləməkdə ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum olunan rusiyalı iş adamıdır. Məhkəmə Butu bir neçə maddə, o cümlədən ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın “İnqilabçı Silahlı Qüvvələrinə - Xalq Ordusuna” (FARC) silah satmaqda təqsirli bilib. 2008-ci il martın 6-dan həbsdə olan But günahını etiraf etməyib.
Qərb mediası Butu "silah baronu" və "ölüm taciri" adlandırır. Rusiyanın bəzi KİV-i bildirib ki, ABŞ-ın kəşfiyyat orqanları onu dünyanın ən böyük silah qaçaqmalçısı hesab edir.
Brittney Yvette Griner 1990-cı il oktyabrın 18-də ABŞ-ın Texas ştatının, Hyuston şəhərində anadan olub. O, Rusiyanın “UMMC Yekaterinburq” klubunda oynamış amerikalı peşəkar basketbolçudur.
2012-ci ildə o, Baylor Beers ilə Milli Kollec Atletika Assosiasiyasının (NCAA) çempionluğunu qazanaraq bu basketbol turnirinin ən görkəmli oyunçusu olub. 2014-cü ildə “Phoenix Mercury” komandası ilə qadınlar arasında NBA çempionu olub. Qadın kollec basketbolunda üç əsas mükafatın ikiqat qalibi olub.
ABŞ komandası ilə 2014-cü ildə Türkiyədə keçirilən Dünya Çempionatının, 2016-cı ildə Rio Janeryoda keçirilən Olimpiya Oyunlarının, 2018-ci ildə İspaniyada keçirilən Dünya Çempionatının və 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub.
2022-ci ilin fevralında o, Şeremetyevo hava limanında baqajında həşiş yağı tapılması ilə bağlı saxlanılıb. O, Rusiya məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.
23:41 / 13 Oktyabr 2026
1
23:24 / 13 Oktyabr 2026
168
23:15 / 13 Oktyabr 2026
105
23:02 / 13 Oktyabr 2026
156
22:57 / 13 Oktyabr 2026
69
22:49 / 13 Oktyabr 2026
117
22:47 / 13 Oktyabr 2026
82
22:43 / 13 Oktyabr 2026
75
22:25 / 13 Oktyabr 2026
440
22:19 / 13 Oktyabr 2026
287
22:18 / 13 Oktyabr 2026
84
22:10 / 13 Oktyabr 2026
260
22:02 / 13 Oktyabr 2026
84
22:01 / 13 Oktyabr 2026
279
21:49 / 13 Oktyabr 2026
76
21:42 / 13 Oktyabr 2026
614
21:39 / 13 Oktyabr 2026
72
21:30 / 13 Oktyabr 2026
421
21:19 / 13 Oktyabr 2026
112
21:16 / 13 Oktyabr 2026
76
21:09 / 13 Oktyabr 2026
185
21:03 / 13 Oktyabr 2026
79
20:48 / 13 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.