Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkə 1/8-ə antirekordla yüksəldi

Bu ölkə 1/8-ə antirekordla yüksəldi

İDMAN

271

02.12.2022, 10:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsinin III tur matçında İspaniyanı sürpriz şəkildə məğlub edən (2:1) Yaponiya millisi bunu antirekordla reallaşdırıb.

Oxu24.com  xəbər verir ki, "gündoğar ölkə" təmsilçisi matçda 18 faiz topa sahib olublar - bu, DÇ tarixində antirekorddur. 


İndiyə qədər mundialda bu qədər az topa sahib olmasına rəğmən, qələbə qazanan olmayıb. 

Yaponiya DÇ-2022-nin 1/8 finalında - dekabrın 5-də Xorvatiya millisi ilə qarşılaşacaq.

 

Aynurə Məcidova