Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

İDMAN

230

15.11.2022, 16:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından Oxu24.com-a verilən məlumata görə, 12 yaşlı oğlanların yarışında Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.

Bu kateqoriyada onu yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.

10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Xatırladaq ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.