İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında insident baş verib.
Oxu24.com xəbər verir ki, 101-ci dəqiqədə Ramil Şeydayevə etdiyi kobud hərəkətə görə Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib.
Qurbanovun bu etirazı meydan sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib.
O, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib.
Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib.
Oxu24.com
ŞƏRHLƏR