Güləşçimiz hamıdan güclü oldu - ÇEMPİON
25 Oktyabr 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
533
06.07.2022, 18:11
"Avrora Qrup", İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kubokunun püşkü atılıb.
Tədbir AVF-nin mənzil-qərargahında baş tutub. Püşkatmada 8 komanda iştirak edib. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən "Şuşa", "Ağdam", "Kəlbəcər", "Füzuli", "Zəngilan", "Xankəndi", "Xocalı" və "Suqovuşan"dır.
Püşkatma mərasiminə İAM-ın sədri Elşən Məmmədov, AVF-nin baş katibi Fərid Xəlilov, baş sponsor "Avrora Qrup"un İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Elvin Babayev, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və iştirakçı komandaların nümayəndələri qatılıblar.
Turnir olimpiya sistemi ilə keçiriləcək. Hər oyun 3 hissədən ibarət olacaq. İlk iki hissə 25-dən, bərabərlik qeydə alınsa, üçüncü set isə 15-dən ibarət olacaq.
Məlumat üçün bildirək ki, Zəfər Kubokunun qalibinə Zəfər Kuboku, pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu da əlavə olaraq pul mükafatı alacaq.
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)

22:21 / 25 Oktyabr 2026
1
22:18 / 25 Oktyabr 2026
14
22:00 / 25 Oktyabr 2026
42
20:35 / 25 Oktyabr 2026
38
20:15 / 25 Oktyabr 2026
361
19:30 / 25 Oktyabr 2026
1340
19:02 / 25 Oktyabr 2026
236
16:35 / 25 Oktyabr 2026
89
16:05 / 25 Oktyabr 2026
128
15:37 / 25 Oktyabr 2026
783
15:34 / 25 Oktyabr 2026
92
15:19 / 25 Oktyabr 2026
114
15:08 / 25 Oktyabr 2026
119
15:05 / 25 Oktyabr 2026
127
14:36 / 25 Oktyabr 2026
106
14:15 / 25 Oktyabr 2026
758
14:00 / 25 Oktyabr 2026
298
13:50 / 25 Oktyabr 2026
453
13:50 / 25 Oktyabr 2026
88
13:35 / 25 Oktyabr 2026
223
13:18 / 25 Oktyabr 2026
1610
13:05 / 25 Oktyabr 2026
93
12:44 / 25 Oktyabr 2026
805
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.