Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58218
az

Güləşçilərimiz vətənə qayıtdı

20:3007 Sentyabr, 2021
581
  • A



Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında güləşçilərimiz uğurlu çıxış etdi.

Qaynarinfo xəbər verir ki, yarışa 23 güləşçiylə yollanan heyətin 16 üzvü medal qazandı.

Yunan-Roma güləşi üzrə yarışda böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millinin 8 üzvü mübarizə apardı ki, onlardan da 6-sı fəxri kürsüyə qalxdı. Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) isə çempion oldu. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutdu.

Qadın güləşçilərimizdən isə 5 nəfər Kazanda xalça üzərinə çıxdı. Rövşən Umudovun rəhbərliyi altında çıxış edən kollektivin üç üzvü isə medalçılar sırasında yer aldı. Uzun fasilədən sonra beynəlxalq yarışa qatılan Şəhanə Nəzərova (50 kq) geridönüşünü gümüş medalla qeyd etdi. Tatyana Varansovayla (53 kq) Birgül Soltanova (65 kq) isə bürünc medal qazandı.

Sərbəst güləş üzrə yarışda isə tam heyətlə - 10 idmançıyla təmsil olunduq. Böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Arif Abdullayevin rəhbərliyi altında çıxış edən yığmamızın 7 üzvü ilk "3-lük”də yer aldı. Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) qızıl, İslam İlyasovla (97 kq) Aydın Əhmədov (125 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) və Sabir Cəfərov (65 kq) isə bürünc medal əldə etdi.

Kazanda ümumilikdə 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazanan güləşçilərimiz bu gün Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Aeroportda komandalarımızın qarşılanma mərasimi keçirilib.

Sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev güləşçilərimizin çıxışı və gələcək perspektiv haqqında bunları deyib:

"MDB Oyunlarında 16 medal qazandıq. Bu, böyük uğurdur. Hər zaman qeyd olunur ki, gənclərimiz yetişməlidir, böyüklərdən ibarət yığma komandalara gənclər cəlb olunmalıdır. Bu il gənclər arasında keçirilən dünya və Avropa çempionatında hər 3 güləş növü üzrə millimiz medallar qazanıb, uğurlu çıxış edib. MDB Oyunlarında 20 və 23 yaşadək gənclərimiz yenə sözlərini dedilər və 16 dəfə bayrağımızı yüksəltdilər. Oktyabrda Norveçin Oslo şəhərində keçiriləcək dünya çempionatının hazırlıqlarına gənc güləşçilərimiz də cəlb ediləcək. Heyətin 70-80 faizi gənclərdən ibarət olacaq. Hacı Əliyev gözündəki, Şərif Şərifov isə çiynindəki zədəyə görə dünya çempionatında iştirak edə bilməyəcək. Onların çəkisində də gənclərə şans veriləcək. Paris Olimpiadasına az vaxt qalıb. İnanırıq ki, bu gənclər növbəti Olimpiya Oyunlarında öz sözlərini deyəcəklər. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm ki, idmançılarımız üçün lazım olan şəraiti yaradır və onlar da beynəlxalq arenalarda ümidləri doğruldur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neftçi” “Kəpəz”i darmadağın etdi
Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Nazir Ülviyyəni qəbul etdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı