Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5639
az

Yaponiyada dünya çempionatı başladı - İdman televiziyası millimizin oyununu niyə yayımlamır?

10:4029 Sentyabr, 2018
1340
İDMAN
  • A
 
Bu gün Yaponiyada qadınlar arasında voleybol üzrə XVIII dünya çempionatı start götürüb.

24 milli komandanın iştirakı ilə oktyabrın 20-dək davam edəcək çempionat Yaponiyanın 6 şəhərində keçirilir. Yaponiya bu tədbirə beşinci, son 12 ildə isə üçüncü dəfə ev sahibliyi edir.

Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə birgə “C” qrupunda mübarizə aparacaq. Millimiz ilk görüşünü bu gün Bakı vaxtı ilə 11:10-da ABŞ yığmasına qarşı keçirəcək.

Komandamızın heyətində Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alena Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva yer alıblar.

Qeyd edək ki, komandamız dördüncü dəfədir dünya çempionatında iştirak edir. Azərbaycan millisi 2014-cü ildə İtaliyada təşkil olunan XVII mundialda 14-15-ci pilləni bölüşüb. Turnirin qalibi isə ABŞ millisi olub. ABŞ finalda Çinə 3:1 hesabı ilə qalib gəlib.

Bəs belə möhtəşəm bir idman yarışını Azərbaycan televiziyaları niyə yayımlamır?

Oxu24.com xəbər verir ki,Azərbaycanın İdman televiziyası və CBC Sport kanalları dünya çempionatını canlı yayımlamaq üçün müraciət etməyib.Azərbaycan millisinin oyunları yerli idman kanalları vasitəsi ilə yayımlanmaması tamaşaçılar arasında narazılıq yaradıb.

Bəs millimizin oyunlarını haradan izləmək olar?

Oxu24.com xəbər verir ki,oyunları yalnız internet üzərindən aşağıdakı kanallar vasitəsi ilə izləmək mümkündür.
Aynur Kazımlı
Oxu24.com
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neftçi” “Kəpəz”i darmadağın etdi
Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Nazir Ülviyyəni qəbul etdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR