Qaynar xətt:

(+99450) 247 90 86

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub 

\"Qəbələ\"nin yeni baş məşqçisi Yeton Bekiri olub 

İDMAN

29

16.09.2026, 13:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb.

Oxu24.com  bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb.

44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərlik edib.

O, müxtəlif illərdə "Drita", "Qostivar", "Renova", "Struqa" (hamısı Şimali Makedoniya) və "Bilis" (Albaniya) klublarının baş məşqçisi, "Əl-Cabalayn"ın (Səudiyyə Ərəbistanı) isə idman direktoru işləyib.

Y.Bekiri 2024/2025 mövsümündə "Şkendiya" ilə Şimali Makedoniya çempionu olub. O, "Qəbələ"də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.