Qaynar xətt:

(+99450) 247 90 86

Juninyo Braziliyada belə qarşılandı- Video

İDMAN

816

14.01.2025, 12:50

“Qarabağ”dan ayrılan Olavio Juninyo Braziliyanın “Flamenqo” klubu ilə müqavilə bağlamaq üçün yollandığı Rio-de-Janeyro şəhərində coşqu ilə qarşılanıb.

Oxu24.com  xəbər verir ki, forvardı hava limanında jurnalistlər, azarkeşlər və klub rəsmiləri qarşılayıb. 

O, verdiyi qısa açıqlamada “Flamenqo”ya keçdiyi üçün xoşbəxt olduğunu bildirib. 

Juninyo bu gün tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.