Qaynar xətt:

(+99450) 247 90 86

Messi Avropaya qayıda bilər

İDMAN

676

11.01.2025, 11:02

"Marca" xəbər verir ki, MLS klubu "İnter Mayami" və hücumçu Lionel Messi yeni müqavilə ilə bağlı razılığa gəlib.

Oxu24.com xəbər verir  ki,Messinin yeni müqaviləsi 2026-cı ilin sonuna kimi nəzərdə tutulub. Yeni müqavilədə Messinin ən yaxşı vəziyyətdə olmasını təmin etmək üçün MLS mövsümlərarası fasilədə Avropa klubuna icarəyə getməsinə icazə verən bənd olacaq.

Messi 2023-cü ilin yayında MLS təmsilçisi İnter Mayami ilə müqavilə imzalayıb. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kubokunu - Liqa Kubokunu qazandı. 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu oldu. O, millinin heyətində də 100-dən çox qol vurub.

Noyabrın 10-na keçən gecə “İnter Mayami” pley-off mərhələsinin 1/8 final mərhələsinin üçüncü oyununda rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukun çıxış etdiyi “Atlanta Yunayted”ə uduzub. Qarşılaşma 3:2 hesabı ilə başa çatıb, Messi matçda qol vurub. Məğlubiyyət “İnter Mayami”nin növbəti mərhələyə yüksəlməsinə mane olub.

Daha əvvəl Messinin karyerasını “Mançester Siti”də davam etdirə biləcəyi bildirilirdi.

Nigar