Messisiz Argentina DÇ-2026-nın seçmə mərhələsində Uruqvayı məğlub etdi
22 Mart 2025, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86İDMAN
560
30.12.2024, 16:48
“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözel 2024-cü ilin yekunları ilə bağlı fikirlərini açıqlayıb.
Oxu24.com xəbər verir ki, o, bitməkdə olan ilin futbol meydanlarında xoş anlarla yadda qaldığını deyib.
“Qarabağ” son illərdə olduğu kimi 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi. Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı. Bununla da tarixdə ilk dəfə Azərbaycan klubu avrokubokların 1/8 finalına yüksəldi. Komandamız 1/4 finala vəsiqə üçün “Bayer”lə bərabər səviyyədə, möhtəşəm mübarizə apardı. Hər iki görüşdə qələbə son dəqiqələrdəki qollarla əldən verildi. 11-ci dəfə Azərbaycan çempionu, 8-ci dəfə ölkə kubokunun qalibi olan komandamız 2024/25 mövsümünü “Qızıl dubl”la başa vurdu”, - deyə qeyd edib.
Tahir Gözel ilin ikinci yarısını da uğurlu hesab edib: “İlin ən böyük hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlinin qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionunda uzaq düşən klubumuz üçün tarixi hadisədir. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” camiəsi adından təşəkkür edirəm. Klubumuz təkcə meydanda deyil, ondan kənardakı fəaliyyəti ilə də dünyanın diqqət mərkəzində olub. “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradıldı. Burada dünyanın bir sıra aparıcı klubları yer alıb ki, gələcəkdə alyansın sıraları daha da genişlənəcək. Artıq uzun illərdir Qarabağ adını beynəlxalq arenada yüksəklərə qaldıran komandamız 2024/25 mövsümündə də Avropada öz sözünü deyir. “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş etdi.
Həmçinin oxuyun
İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komandamız bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer Liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, klubumuzun hər bir üzvünə bu uğurlardakı payına görə təşəkkür edirəm. “Qarabağ” bir ailədir və rəhbərlikdən tutmuş sıravi işçilərinə qədər hər kəsin bu nəticələrdə payı var. Onların hər birinə minnətdarlığımı bildirir, uğurların ardını gətirmələrini arzulayıram. İl boyu yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm. Onlar nəticələrdən, hava şəraitindən asılı olmayaraq, daim bizi dəstəkləyib, bizə inanıblar.
Komandamızın uğurlarını qarşıdakı ildə də davam etdirəcəyinə inanıram. Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Baş məşqçimiz Qurban Qurbanov və komandamıza daim inanıram. Onların 2025-ci ildəki bu vacib matçlarda pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağına əminəm. Qarşıdakı ildə avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq”.
00:24 / 25 Mart 2025
Orxan Hacıyev güllələndi
1
23:50 / 24 Mart 2025
Ərdoğan Türkiyədə baş verənlərlə bağlı nə deyib?
156
20:28 / 24 Mart 2025
Tükürpədici hadisə: Asılmış halda tapılan qadını görün kim öldürübmüş - VİDEO
885
20:22 / 24 Mart 2025
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
83
19:20 / 24 Mart 2025
Baldızı tikToker Ləmanı məhkəməyə verdi - FOTO
585
19:13 / 24 Mart 2025
ŞAD XƏBƏR! Bu müavinətlər artır– AÇIQLANDI
408
09:45 / 24 Mart 2025
Putinlə Tramp arasında ən uzun danışıq... - Peskov
75
09:30 / 24 Mart 2025
Təyyarə qəzası: Ölənlər var
113
09:15 / 24 Mart 2025
Fitrə zəkatı adambaşına bu qədər müəyyən edildi
114
09:03 / 24 Mart 2025
Gəncədə bir neçə nəfər suşidən zəhərləndi
90
23:25 / 23 Mart 2025
Vəzifəli şəxs vəfat etdi - FOTO
236
22:39 / 23 Mart 2025
24-cü günün duası - İmsak və iftar vaxtı
244
21:57 / 23 Mart 2025
Çingiz İsmayılov vəfat etdi - FOTO
1617
20:12 / 23 Mart 2025
Bu qan qrupunun insanları GEC YAŞLANIR
284
19:49 / 23 Mart 2025
“İran müharibəyə hazırdır!”
257
19:25 / 23 Mart 2025
Bu qadağa qüvvəyə minir
284
17:14 / 23 Mart 2025
Bu tarixədək hava yağışlı və küləkli olacaq
443
15:50 / 23 Mart 2025
Vəzifəli şəxslər tutuldu - İmamoğlu işi
334
15:23 / 23 Mart 2025
Sürücülərə xəbərdarlıq edilib
330
15:10 / 23 Mart 2025
Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq yaydı
818
13:28 / 23 Mart 2025
Əkrəm İmamoğlu həbs olunub
347
13:08 / 23 Mart 2025
Sabahki günlə bağlı xəbərdarlıq
970
12:18 / 23 Mart 2025
Möhtəşəm parkda YANĞIN
329
11:47 / 23 Mart 2025
Məşhur jurnalist SAXLANILDI
372
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.