Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb
21 Noyabr 2026, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
206
07.11.2024, 15:38
“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib.
Oxu24.com xəbər verir ki, klub rəsmisi media nümayəndələrinin onun təhqir etdiyini iddia edib.
R.Rəfiyev şikayətində jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr yer aldığını bildirib.
Məsələ ilə bağlı klubla əlaqə saxladıq. “Sumqayıt”dan verilən açıqlamada deyilib ki, tərəflər arasında problem klubun qarşı tərəfin reklam əməkdaşlığı təklifinə “yox” cavabı verməsindən sonra başlayıb: “Sonrasında isə həmin jurnalistlər tərəfindən klub Prezidenti Riad Rəfiyev barəsində mütəmadi olaraq yalan, şər-böhtan xarakterli məlumatlar yazılır və tirajlanır.
Riad Rəfiyevin şəxsi və işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, “Sumqayıt” klubunun peşəkar fəaliyyətinə zərər vermək məqsədilə mütəmadi olaraq yazılan şər-böhtan xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra iş müvafiq orqanların nəzarətindədir. Əminik ki, hüquq-mühafizə orqanları işə ədalətli və düzgün qiymət verəcəklər”.
Jurnalist Anar Şabanoğlu isə iddiaları təkzib edib: “Tamamilə yalan və böhtanla dolu bir açıqlamadır. Biz bununla bağlı vəkillə məsləhətləşib əks-iddia qaldıracağıq. “Sumqayıt” Futbol Klubuna nə İxtiyar Əsgərov, nə mən müraciət etmişik. Əksinə, Riad Rəfiyev İxtiyar Əsgərova müraciət edərək ona klubun mətbuat katibi olmağı təklif edib. Amma İxtiyar müəllim bu təklifdən imtina edib. Daha sonra Rəfiyev tənqid etməməsi üçün ona rüşvət təklif edib. İxtiyar Əsgərov təbii ki, bu təklifdən də imtina edib və Riad Rəfiyevə sərt cavab verib. Bütün bu materiallar durur. Rəfiyev heç bir əsas olmadan bizi şikayət edib. Bizə böhtan atır. Riad Rəfiyevin söz azadlığını boğmağa çalışması, jurnalistlərdən hüquq-mühafizə orqanlarına şikayət etməsinin məqsədi nədir bilmirəm”.
İxtiyar Əsgərov isə məsələyə belə aydınlıq gətirib: “Başqa bir sayta istinad edib xəbər qoymuşdum. Qarşı tərəf iddia elədi ki, dəqiqləşdirilməmiş informasiya yazmışam. Şərəf və ləyaqətini alçaltdığımı düşündüyü söz isə “yarıtmaz fəaliyyət” ifadəsidir. Guya bu ifadə şərəf və ləyaqətə xələl gətirib. Başqa bir vaxtda da xəbər yazmışdım. Həmin xəbərin başlığı belə idi ki, “Turan” “Sumqayıt”a uduzdurulacaq?” Qarşı tərəf sual işarəsi ilə verilmiş başlığı da özünə təhqir sayaraq məhkəməyə müraciət edib”.
10:47 / 22 Noyabr 2026
1
10:38 / 22 Noyabr 2026
42
10:16 / 22 Noyabr 2026
300
09:15 / 22 Noyabr 2026
619
08:56 / 22 Noyabr 2026
264
01:34 / 22 Noyabr 2026
200
01:33 / 22 Noyabr 2026
174
23:53 / 21 Noyabr 2026
947
23:41 / 21 Noyabr 2026
304
23:11 / 21 Noyabr 2026
1641
23:00 / 21 Noyabr 2026
184
22:47 / 21 Noyabr 2026
560
22:32 / 21 Noyabr 2026
239
22:20 / 21 Noyabr 2026
741
22:02 / 21 Noyabr 2026
641
21:49 / 21 Noyabr 2026
200
21:32 / 21 Noyabr 2026
733
21:27 / 21 Noyabr 2026
220
21:20 / 21 Noyabr 2026
198
21:17 / 21 Noyabr 2026
1046
20:49 / 21 Noyabr 2026
1393
20:33 / 21 Noyabr 2026
249
20:09 / 21 Noyabr 2026
2671
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.