Qaynar xətt:

(+99450) 247 90 86

"Formula 2" pilotu qəza törətdi - FOTO

İDMAN

119

13.09.2024, 14:29

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.

Oxu24.com xəbər verir ki, "MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid baryerə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.