Qaynar xətt:

(+99450) 247 90 86

Mahir Emreli: “Xarakterimi və səbrimi sınadım”

İDMAN

134

28.05.2024, 13:29

“Heç vaxt futboldan bu qədər kənarda qalmamışdım”.

Bunu Azərbaycan milli komandasının və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli deyib.

26 yaşlı futbolçu şəxsi instaqram hesabında Xorvatiya çempionu olduğu üçün sevindiyini yazıb:

“Mövsümə çox yaxşı başlamışdım. Lakin uzun müddətli zədələr məndən əl çəkmədi. Zədədən əziyyət çəkdiyim dövrdə xarakterimi və səbrimi sınadım. Bu, karyeramın ən vacib anları idi. “Dinamo”da olmaqdan və mükafatlar qazanmaqdan çox məmnunam”.