Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98843
az

Vəkillər Kollegiyasının nümayəndəsi Fransada “Hüquq İli”nin rəsmi açılış mərasimində iştirak edib

16:0102 Dekabr, 2023
753
HÜQUQ
  • A

Cari ilin 21-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) üzvü Famil Məmmədov Paris Vəkillər Kollegiyasının (PVK) dəvəti ilə “Hüquq İli”nin açılış mərasiminə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərində rəsmi səfərdə olub.

 

Oxu24.com  xəbər   verir  ki, Mərasimdən öncə PVK-nın iştirakı ilə “Cəmiyyət üçün Hüquq Fondu”, “İrandan  Ukraynaya qədər - Dövlət və müharibə zorakılığı: hüququn mümkün cavabları” mövzularında konfrans keçirilib və rəsmi şəxslər çıxışlar ediblər.

 

Səfərin üçüncü günündə əsas tədbir baş tutub.

 

Tədbirin təntənəli açılış mərasimində Paris meri, PVK-nın prezidenti, vitse-prezidenti və o cümlədən Fransa Ədliyyə naziri çıxış ediblər.

 

Eyni zamanda tədbirdə builki məhkəmə çıxışları müsabiqəsində ilk iki yeri tutan şəxslərin çıxışları səsləndirilib və bütün qaliblərin mükafatları təqdim olunub.

 

Tədbir çərçivəsində gələcək əməkdaşlığının gücləndirilməsi məqsədilə F.Məmmədov ilə beynəlxalq təşkilatların və Avropanın bir sıra ölkələrinin vəkillər komitələrinin nümayəndələri ilə görüşlər keçirilib, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların perspektivləri barədə müzakirələr aparılıb.

 

Daha sonra tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi