Qaynar xətt:

(+99450) 247 90 86

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi necə tənzimlənir? - HÜQUQİ YARDIM 

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi necə tənzimlənir? - HÜQUQİ YARDIM 

HÜQUQ

925

06.08.2023, 17:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu  gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi qaydası ilə bağlıdır.

 

Əmək Məcəlləsinin   166-cı maddəsində   Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi qaydasından bəhs  edilir.

 

1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

 

2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.

 

Hazırladı: Miri Məcidli