Qaynar xətt:

(+99450) 247 90 86

İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə nədir?  —  HÜQUQİ YARDIM 

İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə nədir?  —  HÜQUQİ YARDIM 

HÜQUQ

1294

13.06.2023, 21:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu iş yerindən başqa işə keçmə halları ilə bağlııdr.

 

Qeyd edilən prosedur qanunla necə tənzimlənir?

 

Əmək Məcəlləsinin  59-cu maddəsində  başqa işə keçirmə qaydasından bəhs edilir.

 

İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 

 

Maddə 60. İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə

 

İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.

 

Hazırladı: Miri Məcidli