Qaynar xətt:

(+99450) 247 90 86

Övlad valideynindən imtina edə bilərmi? —  HÜQUQİ YARDIM 

Övlad valideynindən imtina edə bilərmi? —  HÜQUQİ YARDIM 

HÜQUQ

1727

06.06.2023, 22:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu övladın valideynlərdən imtina etmək hüququ varmı sualı ilə bağlıdır.

 

Mövzu ilə bağlı saytımıza açıqlama verən hüquqşünas  Nicat  İsmixanov bildirib ki, övladın valideynindən əsasından asılı olmayaraq imtina etməsi hüququ qanunvericilikdə təsbit edilməyib.

 

Yəni övlad ilə valideyn arasında hüquqi bağlılıq övladın arzusu ilə pozula bilməz.

 

Nəzərə almaq lazımdır ki, övlad dünyaya gələndə valideyni seçmək kimi hüququ olmadığı kimi onun istəyi əsasında ondan imtina etməklə hüququ əlaqənin kəsilməsi arzusuda mövcud ola bilməz.

 

Həmçinin, qanunvericilikdə valideynlik hüququndan məhrum edilmə tələbi müəyyən ediləsə də həmin tələbin övlad tərəfindən qaldırılması nəzərdə tutulmayıb.

 

Hazırladı: Miri Məcidli