Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!
30 Sentyabr 2026, 08:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1270
06.06.2023, 22:04
Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə aldıqları pensiya ilə bağlı bəzi məqamları bilmirlər. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququna malikdirmi? Ümumiyyətlə, dünyasını dəyişmiş ailə başçısının pensiyasını kimlər ala bilər?
Oxu24.com xəbər verir ki, bu barədə hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bildirib ki, övladları 18 yaşına çatmamış şəxslər, eyni zamanda ər və ya qadın öz həyat yoldaşını itirdiyinə görə onun pensiyasını almaq hüququ var:
“Təəssüflər olsun ki, bəzi hallarda, xüsusilə bölgələrdə insanların bu sahədə savadsız və ya məlumatsız olması onları qanunla bağlı bir sıra məsələlərdən xəbərsiz qoyur. Yoldaşı vəfat şəxs istər qadın olsun, istərsə də kişi, əgər arvad özü də pensiya alırsa, həmin şəxs vəfat etmiş ərinin pensiyasının ala bilər. Bu eyni zamanda kişi üçün də keçərlidir. Ər də vəfat etmiş arvadının pensiyasını ala bilər. Lakin burada bir nüans mövcuddur. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər. Yəni məsəl üçün kişinin pensiyası 600 manat idi, arvadın pensiyası isə 400 manatdır və kişi düyasını dəyişdi. Bu zaman qadın Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək dünyasını dəyişmiş həyat yoldaşının pensiyasını özü ala bilər, lakin bu zaman öz aldığı pensiyadan imtina etməli olacaq”.
Hüquqşünas bildirib ki, 18 yaşına çatamamış, yəni himayədə olan uşaqlar da vəfat edən öz ata və ya analarının pensiyasını ala bilərlər. Onun sözlərinə görə, 18 yaşına çatmamış, 18 yaşına çatanadək olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.
12:48 / 30 Sentyabr 2026
18
12:39 / 30 Sentyabr 2026
67
12:33 / 30 Sentyabr 2026
38
12:24 / 30 Sentyabr 2026
44
12:20 / 30 Sentyabr 2026
46
12:17 / 30 Sentyabr 2026
47
12:13 / 30 Sentyabr 2026
61
12:10 / 30 Sentyabr 2026
54
12:09 / 30 Sentyabr 2026
47
12:05 / 30 Sentyabr 2026
49
11:49 / 30 Sentyabr 2026
105
11:47 / 30 Sentyabr 2026
57
11:38 / 30 Sentyabr 2026
48
11:37 / 30 Sentyabr 2026
117
11:36 / 30 Sentyabr 2026
50
11:15 / 30 Sentyabr 2026
52
11:06 / 30 Sentyabr 2026
63
11:05 / 30 Sentyabr 2026
54
10:54 / 30 Sentyabr 2026
152
10:46 / 30 Sentyabr 2026
1242
10:41 / 30 Sentyabr 2026
62
10:36 / 30 Sentyabr 2026
162
10:30 / 30 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.