Qaynar xətt:

(+99450) 247 90 86

Pensiyanın yenidən hesablanması ilə bağlı müraciət edilə bilərmi? - HÜQUQİ YARDIM 

Pensiyanın yenidən hesablanması ilə bağlı müraciət edilə bilərmi? - HÜQUQİ YARDIM 

HÜQUQ

1138

02.06.2023, 21:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara  hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu pensiyanın hansı halda yenidən hesablanması qaydası ilə bağlıdır.

 

Yaşa görə əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyi halda pensiyasının yenidən hesablanması ilə bağlı müraciət edə bilərlərmi?

 

Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.

 

Pensiyaçı əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır.

 

Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

 

Miri Məcidli