Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90042
az

Ali Məhkəmə növbəti könüllülük proqramına start verib

12:1702 İyun, 2023
728
HÜQUQ
  • A
Cari ilin iyun ayından etibarən Azərbaycanın Ali Məhkəməsində könüllülük fəaliyyəti göstərmək istəyən tələbələrin qeydiyyatına start verilib. Bu barədə Oxu24.com-a Ali Məhkəmədən bildirilib. Qeyd edilib ki, könüllülük proqramı çərçivəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alan 20 tələbə Ali Məhkəmənin Aparatında 3 ay müddətində könüllü kimi fəaliyyət göstərmək şansı əldə edəcək. Könüllülərlə birgə əməkdaşlıq Ali Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin, eləcə də təqdim edilən dövlət xidmətlərinin tərkib hissəsidir. Proqrama qoşulmaq istəyən tələbələr Ali Məhkəmənin internet səhifəsində könüllülər üçün yaradılmış bölmədə iyunun 16-dək qeydiyyatdan keçməlidirlər. Könüllülər yüksək akademik göstəriciləri olan ən yaxşı motivasiya məktubu (min:200 max: 400 söz) təqdim edən namizədlər arasından seçiləcəklər. Seçilmiş namizədlər daha sonra müsahibəyə dəvət ediləcəklər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“İlin vəkili” seçildi
Anar Bağırov: Hazırda Azərbaycanda138 vəkil qurumu fəaliyyət göstərir
DİN açıqlama yaydı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb