Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89137
az

“Yanğına səbəb olan dəmir təbəqə tapılsa da, məhkəmə bunu qəbul etmir”  - MƏHKƏMƏDƏN ŞİKAYƏT

13:3515 May, 2023
1086
HÜQUQ
  • A

2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində baş verən yanğına görə məhkəmə prosesi davam edir.

Oxu24.com  xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən iclasla bağlı zərərçəkmiş Mövlud Əliyev ədalətli araşdırma aparılmadığını bildirib. O deyib ki, hələ iş Quba Məhkəməsində olarkən ortaya ziddiyyətli ifadələr çıxıb:

“Quba elektrikşəbəkənin işçiləri yanğınsöndürənlərdən 15 dəqiqə əvvəl elektrik hava xəttində yaranmış qəzadan xəbər tutublar. Quba Rayon Məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Kamran Babayev ifadəsində göstərmişdi ki, 26 dekabr 2020-ci il tarixdə axşam saatlarında Quba Rayon Yanğından Mühafizə Şöbəsindən Elektrik Şəbəkəsinə yanğın olması barədə məlumat daxil olub.
İş materiallarına əlavə edilmiş protokoldan isə görünür ki, məlum xətt yanğın hadisəsi ilə əlaqədar açılıb, 2 saat sonra qoşulub. Quba rayon Elektrik Şəbəkənin işçilərinin, təqsirləndirilən Kamran Babayevin ifadəsinə və protokola əsasən, onlar yanğın haqqında məlumatı Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsindən alıblar. Bundan sonra yüksək gərginlikli 6 kV-luq elektrik enerji verilişini dayandırıblar.

Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 17.04.2023-cü il tarixli məktubunda da göstərilib ki, 26 dekabr 2022-ci il tarixdə saat 20:00 radələrində Quba rayon DYMH-nin rabitə qovşağına Quba şəhəri 22-ci məhəllədə yerləşən Quba rayon İstehsal-İstehlak Kooperativinə məxsus Elçin Orucov və Mövlud Əliyev tərəfindən icarəyə götürülmüş 55 saylı mağazada yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.

Yanğınsöndürənlər saat 20:08-də hadisə yerinə çatıb. Yanğınsöndürmə növbəsinin rəisi hadisə yerinə çatdıqdan sonra hissənin dispetçerinə elektrik enerji verlişinin dayandırılması barədə məlumat verib. Dispetçer öz növbəsində dərhal Quba Elektrik Şəbəkəsinə elektrik enerji verilişinin dayandırılması haqqında məlumat verib”.

Şikayətçinin sözlərinə görə, burada ziddiyyətli məqamlar ortaya çıxır.

Belə ki, Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin arayışına əsasən, təxminən saat 20:10-da Quba rayon Elektrik Şəbəkəsi həmin ərazidəki xəttə gələn elektrik enerjisini dayandırmalı idi:

“Lakin Quba rayon Elektrik Şəbəkənin işçiləri həmin əməliyyatı 19:55-də ediblər. Deməli Elektrikşəbəkənin işçiləri elktrik xəttinin yaratdığı qəzadan məlumatlı olub, enerji verilişini dayandırmışlar. Əlbəttə ki, əgər elektrotexniki qəza halı (hadisəsi) mağazanın daxilindəki elektrik qurğularında olsa idi, Quba rayon Elektrik Şəbəkənin işçiləri yanğınsöndürmə xidmətindən əvvəl bu haldan xəbər tuta bilməzdilər. Ona görə ki, mağazanın daxili elektrik təsərrüfatı və qurğuları, Quba rayon Elektrik Şəbəkəni xəbərdar edən indikatorlarına qoşulmayıb.

Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, “Azərişıq” ASC-nin Quba rayon Elektrik Şəbəkənin işçilərinin, təqsirləndirilən şəxs Kamran Babayevin mövqeyi həqiqəti əks etdirmədiyinə və şübhəli olduğuna görə sübut kimi qəbul edilməməlidir.

İş materiallarındakı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına bir ədəd bağlamada sinkləşmiş metal (dəmir) təbəqə təqdim edilib. Həmin metal təbəqənin bir tərəfinin üzəri hislə örtülüb, digər tərəfində isə ərimə və elektrik təbiətli qapanmadan yaranmasına xarakterik izlər vardır.

Zərərçəkmiş şəxslər həmin sübuta məhkəmə iclasında baxışın keçirilməsini xahiş etsələr də, Sumqayıt Apellyasiya Məhkəməsi bunu təmin edə bilmədi”.

Qeyd edək ki, hadisə 2020-ci ildə Qubada baş verib. Sahibkar Mövlud Əliyev hadisənin “Azərişıq” əməkdaşlarının məsuliyyətsizliyi ucbatından baş verdiyini deyir. O qeyd edir ki, obyektin üstündən keçən elektrik naqilləri qırılıb düşdüyü üçün mağaza yanıb. Ona 75 min manatlıq ziyan dəyib. Hadisə ilə bağlı cinayət işi başlanıb. Quba rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib. O, vaxtında qulluq göstərmədiyi üçün elektrik naqilinin qırılaraq obyektin üzərinə düşməsi nəticəsində yanmasına səbəb olmaqda ittiham edilib. Quba Rayon Məhkəməsi isə işə xitam verib.Sahibkar hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti edib.

Məhkəmə prosesi davam edir.

 

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ