Atadan qalan miras qız övladına da düşürmü? – Vəkildən AÇIQLAMA
30 Sentyabr 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1062
09.05.2023, 19:16
Valideyin razılığı olmadan uşağın xaricə aparılması.hansı qaydada mümkündür?
Oxu24.com xəbər verir ki, Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir. Həmin valideyn də uşağı xaricə aparmaq istəsə də, buna müvəffəq ola bilmir, çünki uşaq yetkinlik yaşına çatmadığı üçün digər valideynin razılıq ərizəsi tələb olunur.
Qanunvericilikdə uşağın xaricə aparılması qaydası necə müəyyən edilib?
Uşağın digər valideyni onun xaricə aparılmasına razılıq vermədikdə bu məsələ necə həll olunur?
Bu halda, həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Bu sahədə formalaşmış məhkəmə təcrübəsinə əsasən uşağın normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının razılığı olmadan, anası ilə birlikdə (və ya əksinə) Azərbaycan Respublikasının hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır.
Əksər hallarda, məhkəmələr uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılmasına dair iddiaları təmin edirlər. Bu onunla bağlıdır ki, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquqi aktlarda hər bir uşağın ən yaxşı həyat səviyyəsi və mənafeyinin qorunması üçün geniş imkanlar nəzərdə tutulmuşdur. Digər tərəfdən, tərəflərin birgə nikahlarından olan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına razılıq verilməməsi istər uşaqla birgə xaricə getmək istəyən valideynin, istərsə də uşağın Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur. Bu nöqteyi-nəzərdən uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılması məqbul hesab edilir.
Vəkil
Sonda onu qeyd edim ki, uşağın üstün mənafeyinin müdafiəsi və ən yaxşı həyat səviyyəsinin təmin edilməsi üçün boşanma prosesi başa çatdıqdan sonra uşağın digər valideynin razılığı olmadan xaricə aparılması üçün mütləq şəkildə məhkəməyə müraciət edilməlidir və bunun üçün bu cür iddia qaldırmaq istəyən hər bir şəxsə peşəkar hüquqi yardım lazımdır.
Vəkil məhkəmə yolu ilə uşağın digər valideynin razılığı olmadan ölkə hüdudlarından xaricə aparılmasına dair iddia qaldıran zaman tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən iddia ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən uşağın valideynin razılığı olmadan xaricə aparılması prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.
Hazırladı: Miri Məcidli
23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.