Atadan qalan miras qız övladına da düşürmü? – Vəkildən AÇIQLAMA
30 Sentyabr 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1313
06.05.2023, 17:30
18 yaşına çatmayan şəxslər məsuliyyətə cəlb oluna bilərmi?
14 yaşı tamam olmuş, 18 yaşı isə tamam olmamış şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.
Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Heç bir uşaq işgəncələrə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan digər rəftar və ya cəza növlərinə məruz qala bilməz. 18 yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlərə görə ölüm cəzası və ömürlük həbs cəzası tətbiq olunmur.
Heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilə bilməz.
Məsuliyyətə cəlb olunmuş yetkinlik yaşına çatmayan şəxsin hansı hüquqi təminatları var?
Azadlıqdan məhrum edilmiş hər bir uşaqla humanist rəftar edilməli və həmyaşıdları olan şəxslərin tələbatı nəzərə alınmaqla, onun şəxsiyyətinin ayrılmaz ləyaqətinə hörmət bəslənilməlidir. Məsələn, azadlıqdan məhrum edilmiş hər bir uşaq, onun ən yaxşı mənafeyinə zidd deyilsə, yaşlılardan ayrı saxlanılmalı və xüsusi hallar istisna olmaqla, yazışmaq və görüşmək yolu ilə öz ailəsi ilə əlaqə saxlamaq hüququna malik olmalıdır.
Cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın ləngidilmədən hüquqi və digər müvafiq yardım almaq hüququ var. Eyni zamanda bu uşaqlar azadlıqdan məhrum edilməsinin qanuniliyinə məhkəmə və ya digər səlahiyyətli, müstəqil və qərəzsiz orqan qarşısında etiraz etmək hüququna malikdir.
Yetkinlik yaşına çatmayan şəxslərin cinayət işlərinə baxılarkən müdafiəçinin iştrakı mütləqdir.
Yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquq pozuntusu üçün valideynlərin, qanuni nümayəndələrinin məsuliyyəti
Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri hüquq pozuntusu üçün valideynlərin məsuliyyət məsələsi 2 cür tənzimlənir. Cinayət hüquq sahəsində yetkinlik yaşına çatmayan şəxs törətdiyi hüquq pozuntusu üçün şəxsən məsuliyyət daşıyır. Yəni burada valideynlərin onların əvəzinə məsuliyyət daşıması istisna edilir. Mülki hüquqda isə bu məsələ bir qədər fərqli tənzimlənir. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər.
Əgər 14 yaşından 18 yaşınadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan müvafiq sosial xidmət müəssisəsində, qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur.
Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.
Yetkinlik yaşına çatmayan şəxs onun cinayət məsuliyyətinə cəlb olunmasına imkan verən yaşa çatdıqda, lakin öz hərəkətinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və yaxud da onları idarəetmək qabliyyətini məhdudlaşdıran psixipozuntu ilə əlaqədar olmayan psixi inkişafdan geri qaldıqda, o, cinayət məsuliyyətinə cəlb edilməyə bilər.
Hazırladı: Rüxsarə Məmmədova
23:02 / 30 Sentyabr 2026
75
22:17 / 30 Sentyabr 2026
1897
22:16 / 30 Sentyabr 2026
99
21:40 / 30 Sentyabr 2026
136
21:12 / 30 Sentyabr 2026
911
21:10 / 30 Sentyabr 2026
72
20:44 / 30 Sentyabr 2026
73
20:38 / 30 Sentyabr 2026
291
20:33 / 30 Sentyabr 2026
75
20:10 / 30 Sentyabr 2026
134
20:10 / 30 Sentyabr 2026
93
19:50 / 30 Sentyabr 2026
88
19:35 / 30 Sentyabr 2026
532
19:26 / 30 Sentyabr 2026
237
19:26 / 30 Sentyabr 2026
91
19:23 / 30 Sentyabr 2026
77
19:21 / 30 Sentyabr 2026
90
19:15 / 30 Sentyabr 2026
78
19:12 / 30 Sentyabr 2026
98
19:01 / 30 Sentyabr 2026
106
18:53 / 30 Sentyabr 2026
159
18:45 / 30 Sentyabr 2026
122
18:29 / 30 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.