Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88464
az

Azərbaycanda keyfiyyətsiz hüquqi yardım göstərdiklərinə görə iki vəkilin fəaliyyəti dayandırılıb

11:4306 May, 2023
301
HÜQUQ
  • A

Azərbaycanda keyfiyyətsiz hüquqi yardım göstərdiklərinə görə iki vəkilin fəaliyyəti dayandırılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Belə ki, qanunvericiliyin tələblərini pozaraq dövlət hesabına hüquqi yardım zamanı formal vəkilliklə məşğul olduğuna və keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə bir vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə, eyni zamanda bir vəkil barəsində isə keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə vəkillik fəaliyyətinin üç aylıq dayandırılması barədə qərər qəbul olunub.

Bundan başqa, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma, bir yeni vəkil bürosunun təsisi və s. məsələlərə baxılıb, müsbət qərarlar verilib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”