Boşananda aliment və əmlak bölgüsü eyni məhkəmədə həll olunur? – Vəkildən AÇIQLAMA
02 Oktyabr 2026, 21:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
665
16.03.2023, 15:57
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu çoxuşaqlı ailələrin vergi güzəşti ilə bağlıdır.
Sual: Mən 6 uşaqlı anasıyam. Öyrənmək istəyərdim ki, iş yerində mən və ya həyat yoldaşım hansı vergi güzəştlərindən faydalana bilərik?
Cavab: Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.
Əlavə olaraq Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
Hazırladı: Miri Məcidli
16:24 / 03 Oktyabr 2026
59
16:00 / 03 Oktyabr 2026
240
15:59 / 03 Oktyabr 2026
65
15:58 / 03 Oktyabr 2026
100
15:54 / 03 Oktyabr 2026
56
14:32 / 03 Oktyabr 2026
625
14:15 / 03 Oktyabr 2026
76
14:10 / 03 Oktyabr 2026
84
13:06 / 03 Oktyabr 2026
102
13:04 / 03 Oktyabr 2026
77
11:50 / 03 Oktyabr 2026
107
11:35 / 03 Oktyabr 2026
76
11:24 / 03 Oktyabr 2026
109
11:19 / 03 Oktyabr 2026
652
11:14 / 03 Oktyabr 2026
74
11:10 / 03 Oktyabr 2026
76
11:07 / 03 Oktyabr 2026
80
10:59 / 03 Oktyabr 2026
80
10:55 / 03 Oktyabr 2026
89
10:50 / 03 Oktyabr 2026
99
10:34 / 03 Oktyabr 2026
112
10:30 / 03 Oktyabr 2026
92
10:26 / 03 Oktyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.