Qaynar xətt:

(+99450) 247 90 86

Sınaq müddəti neçə ay olur? - HÜQUQİ YARDIM 

Sınaq müddəti neçə ay olur? - HÜQUQİ YARDIM 

HÜQUQ

670

14.03.2023, 10:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz  mövzu işə başlayan zaman  sınaq  müddəti  ilə  bağlıdır.

 

Əmək Məcəlləsinin  51-ci  maddəsində  Sınaq müddətindən bəhs  edilir.

 

1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

 

Hazırladı: Miri Məcidli