Qaynar xətt:

(+99450) 247 90 86

Gecə növbəsi işləyənlərin maaşı necə hesablanır? - HÜQUQİ YARDIM

Gecə növbəsi işləyənlərin maaşı necə hesablanır? - HÜQUQİ YARDIM

HÜQUQ

1058

12.03.2023, 21:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu  gecə  növbəsində işləyən şəxslərin maaşı ilə bağlıdır.

Gecə vaxtı anlayışı

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən gecə saat 22:00-dan səhər saat 06:00-dək davam edən müddət gecə vaxtı və həmin müddətdə yerinə yetirilən işlər də öz növbəsində gecə vaxtı yerinə yetirilən işlər hesab olunur. Eyni zamanda qeyd etmək vacibdir ki, gecə vaxtı anlayışı yaşı 18-dən az olan işçilərlə bağlı bir qədər fərqlidir. Belə ki, yaşı 18-dən az olan işçilər üçün axşam saat 20:00-dan səhər saat 07:00-dək olan müddət gecə vaxtı hesab olunur.

 

Əmək Məcəlləsinin 166-cı maddəsində  gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi qaydasından bəhs  edilir.

 

1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.

 

Hazırladı: Miri Məcidli