İşləyən şəxslərə VACİB XƏBƏR: Məzuniyyət belə veriləcək
04 Oktyabr 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
761
05.03.2023, 11:29
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu həbsdə olan qadınların hüquqları ilə bağlıdır.
Cəzaların İcrası Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkum qadınlar qanunvericiliklə müəyyən edilən bir sıra hallarda, müvafiq tələbləri yerinə yetirdikləri təqdirdə bir müddətlik cəzaçəkmə müəssisəsindən kənarda yaşaya bilərlər.
Bu icazə əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə verilir. Məhkum qadınlara hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada, işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər.
Cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınların hansı hüquqları var?
cəzaçəkmə müəssisəsinin ərazisi yaxınlığında yaşamağa yerləşdirilir və müdiriyyətin daimi müşahidəsi altında olurlar;
adi həyatda işlədilən paltar geyinə bilərlər;
məhdudiyyətsiz halda yazışa bilər;
pul baratları ala bilər və nağd puldan istifadə edə bilər;
qohumları, həkimi və başqa şəxslərlə görüşə bilər;
bağlama, sovqat və ya banderol (poçt ilə bu cür sarğıda göndərilən hər hansı bir şey) ala bilərlər;
hüdudları cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilən ərazi daxilində sərbəst gediş-gəliş hüququndan istifadə edə bilərlər.
Bu icazə hansı hallarda ləğv edilir?
Əgər cəzaçəkmə rejimi və ya davranış qaydaları məhkum qadın tərəfindən müntəzəm və ya qəsdən pozularsa, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq üçün verilən icazə ləğv edilir. Bundan sonra məhkum qadın cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılır.
Hazırladı: Rəvanə Mehdili
23:16 / 04 Oktyabr 2026
31
22:50 / 04 Oktyabr 2026
47
22:15 / 04 Oktyabr 2026
65
22:02 / 04 Oktyabr 2026
69
21:54 / 04 Oktyabr 2026
278
21:07 / 04 Oktyabr 2026
214
20:53 / 04 Oktyabr 2026
99
20:43 / 04 Oktyabr 2026
82
20:21 / 04 Oktyabr 2026
77
20:06 / 04 Oktyabr 2026
157
19:55 / 04 Oktyabr 2026
85
19:44 / 04 Oktyabr 2026
302
19:23 / 04 Oktyabr 2026
78
19:16 / 04 Oktyabr 2026
146
19:09 / 04 Oktyabr 2026
143
18:44 / 04 Oktyabr 2026
120
18:34 / 04 Oktyabr 2026
86
17:50 / 04 Oktyabr 2026
120
17:45 / 04 Oktyabr 2026
109
17:35 / 04 Oktyabr 2026
116
17:30 / 04 Oktyabr 2026
707
17:23 / 04 Oktyabr 2026
776
17:20 / 04 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.