Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83867
az

Soyuq silah nədir? - HÜQUQİ YARDIM 

09:5805 Mart, 2023
444
HÜQUQ
  • A

Soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.

Bu silahlar təsərrüfat və ya istehsalatda istifadə olunmaq üçün hazırlanmır. Sırf kiməsə, nəyəsə xəsarət yetirmək üçün hazırlanır. 

Məsələn, “beşbarmaq” demək olar ki, çox adam bilir ki soyuq silahdır və təyinatı zərər yetirməkdir. 

Фото разных кастетов (30 фото) ⚡ Фаник.ру

“Nunçaku” da soyuq silahdır. Nunçaku ilə bağlı Azərbaycanda məhkəmə təcrübəsi də var. Həmin məhkəmənin qərarına əsasən “nunçaku”  soyuq silah hesab edilir. Qeyd edək ki, bu silah təkcə zərbə ilə zərər yetirmək üçün nəzərdə tutulmamışdır. Nunçakudan rəqibi boğmaq və sümüklərini sındırmaq üçün də istifadə olunur. Bununla əlaqədar olaraq nunçakunu çoxtəyinatlı silah hesab edirlər.

Нунчаки из дерева для начинающих, как ниндзя использовали в бою, как  изготовить своими руками, правильная техника применения оружия, виды

Bəs silah qismində istifadə edilən əşyalar hansılardı?
 

Silah qismində istifadə edilən əşyalar dedikdə, sağlamlığa zərər vurmaq, hətta adam öldürmək üçün istifadə edilə bilən, istər xüsusi hazırlanmış və ya düzəldilmiş, istərsə də adi təsərrüfat-məişət təyinatı olan və ya heç bir təyinatı olmayan əşyalar başa düşülür. 

Belə predmetlərə təsadüfi metal və ya taxta parçası, içərisi qurğuşunla doldurulmuş rezin şlanq parçası, balta, ling, hərcür bıçaq, dəyənək, ülgüc və s. əşyalar aiddir.

   Отвёртка крестовая Sparta PH1х75 мм в Москве – купить по низкой цене в  интернет-магазине Леруа Мерлен Туристический топор Hultafors Ågelsjön Mini Hatchet

Bunları fərqləndirməyimizdə müəyyən məqsədlər vardır. Soyuq silahın hər hansı cinayətdə istifadə edilib edilməməsindən asılı olmayaraq onun əldə edilməsi, satılması, gəzdirilməsi cinayət məsuliyyəti yaradır. Satan şəxs də cinayət məsuliyyətinə cəlb edilməlidir. 

Mətbəx bıçağı soyuq silah deyil. Demək olar ki, bütün mağazalarda satılır və buna heç kim məhdudiyyət qoya bilməz. Təsərrüfatda istifadə edilmək üçün nəzərdə tutulmuşdur. Əgər, mətbəx bıçağını cinayət törətməkdə istifadə etsək, o zaman mətbəx bıçağı silah qismində istifadə edilən əşya kimi qiymətləndiriləcək və bəzi cinayətlərə görə daha çox cəza verilməsinə səbəb olacaqdır. 

Misal üçün, cinayət məcəlləsinin 181.1-ci maddəsinə baxaq: “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yəqin fərqi gördüz ki, cinayətdə silah və ya silah qismində  istifadə edilən əşyanın tətbiq edilməsi cəzanı daha da ağırlaşdırır. Mətbəx bıçağı, otvertkanı və ya velosipedin sepini  bu əşyaları biz rahatlıqla mağazalardan əldə edə bilərik. 

Əlbəttə ki, bu əşyalar soyuq silah deyil, amma bəzi cinayətlər var ki onların törədilməsi zamanı onları tətbiq etsək bu əşyalar silah qismində istifadə edilən əşya kimi qiymətləndiriləcək və bizə verilən cəzanın daha da ağırlaşdırılmasına səbəb ola biləcək. 

Deməli, soyuq silah hər hansı cinayətdə istifadə edilib-edilməməsindən asılı olmayaraq əldə edilərsə, satılarsa, gəzdirilərsə, cinayət məsuliyyəti yaradır və bəzi cinayətlərin törədilməsində tətbiq edilərsə ağırlaşdırıcı hal kimi nəzərə alınır. 

Silah qismində istifadə edilən əşyanı isə əldə etmək qadağan deyil. Amma, onun bəzi cinayətlərin törədilməsində tətbiq edilməsi ağırlaşdırıcı hal kimi nəzərə alınır. 

Soyuq silahın gəzdirilməsi məsələsi ilə bağlı bir istisna hal var ki, onu da diqqətinizə çatdırmaq istəyirik. Cinayət Məcəlləsinin 228.4 cü maddəsinə baxdıqda  həmin istisna halı görəcəksiniz “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”

Beləliklə, milli geyim ləvazimatı olan ərazilərdə və ovçuluq peşəsiylə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna hal hesab edilir. 

ОТ ЧЕРКЕСКИ ДО ФУТБОЛКИ

Əgər ov üçün bıçaq əldə etmək istəyirsizsə, mütləq o məhsulun sertifikatını da əldə edin. Həmin sertifikatda bıçağın ov üçün nəzərdə tutulduğu qeyd edilir. Lakin, bu o demək deyil ki, ov bıçağını və sertifikatı aldıqdan sonra şəxs onu üstündə gəzdirə bilər. Bu əməl Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif olunacaqdır. 

Bəzi şəxslər özləri evdə soyuq silah düzəltməyə çalışırlar ki, qanunsuz olaraq soyuq silah hazırlamaq özü də cinayət hesab olunur. 

Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Müəəssisələrə silah hazırlamaq icazəsini Daxili İşlər Nazirliyi verir. Belə bir  icazə olmadan silah hazırlanırsa deməli qanunsuz hazırlanmışdır.  

Qulam İsmayılzadə

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aliment borcu bu hallarda    silinə     bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi