Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83076
az

Hansı miqdarda pul dələduzluq hesab edilir? - HÜQUQİ YARDIM

13:1618 Fevral, 2023
220
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu dələduzluqla bağlıdır.

Son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Hazırda ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Maddədən göründüyü kimi, dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər: etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə.

Azərbaycanda dələduzların məsuliyyətə cəlb olunması qaydalarının və cəzalandırma şərtlərininin sərtləşdirilməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur. Daha az məbləğli dələduzluq halları üçün ciddi cəza mexanizmləri mövzud olmadığından dələduzlar bundan sui-istifadə edir. Xüsusən də elektron vasitələrdən istifadə etməklə həyata keçirilən dələduzluqlarda az məbləğlərlə daha geniş əhatə dairəsinə malik olmaq mümkün olur ki, bu da vətəndaşların ümumi maliyyə itkisini 500 manatdan qat-qat çox edir.

Lakin individual şikayətlər baxımından bu məbləğ 500 manatı çox zaman aşmadığından və zərərçəkələri şikayətçi qismində prosesinə cəlb etmək mümkün olmadığından dələduzlar çox zaman cəzasız qala bilir. Bu baxımdan hesab edirəm ki, 500 manatdan az məbləğdə dələduzluq olduğu halda cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. 

Hazırladı: Qulam İsmayılzadə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər