Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83072
az

Ölən şəxsin borcu varsa,onun aqibəti necə olur? - HÜQUQİ YARDIM 

16:2517 Fevral, 2023
207
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu ölən şəxsin borcunun kim tərəfindən ödənilməsi ilə bağlıdır.

Bəzi hallarda borclu borcunu ödəmədən dünyadan köçür. Bəs belə olduğu təqdirdə borcun aqibəti necə olur? Əgər borclanan vəfat edərsə, onun kreditini kim ödəməlidir?

Mülki Məcəllənin müvafiq maddəsində qeyd olunub ki, əgər ölən şəxsin kreditorlar qarşısında borc öhdəliyi varsa, bu öhdəlik vərəsələrinə keçir.

Borclu şəxs ölərsə, onun vərəsələri bu barədə kreditorlara məlumat verməyə borcludur.

Əks halda vəfat edənin əmlakına görə notariat kontorunda vərəsəlik açılarsa və bu barədə kreditor məlumat alarsa, o dərhal həmin vərəsələrə qarşı məhkəmədə iddia qaldırıb həmin borcu tələb edə bilər.

Vərəsələrin arasında borcun ödənilməsi isə onların arasında bölünən əmlakın qiyməti ilə ölçülür. Hər hansı bir varisdən onun payına düşən vərəsə qiymətindən artıq borc tələb oluna bilməz.

İşte vücudumuzdaki ölümün belirtileri - Sağlık son dakika haberler

Bəzi hallarda isə vəfat edənin haqqında cinayət təqibi olur. Bəs həmin şəxsin borclarını kim ödəməlidir?

Təqsirləndirilən şəxs vəfat etdikdə cinayət prosesini həyata keçirən orqan onun öldüyü vaxtdan 3 gün müddətində yaxın qohumlarına onun hüquqi varisi kimi istəyinin olub - olmaması barədə bildiriş göndərir.

Əgər şəxsin vəfat edən vaxta qədər hər hansı borcu varsa, onun borcu ölmüş şəxsin mirasını qəbul etmiş şəxsə keçir. Qanunla mirası qəbul etmiş şəxs həmin borcları ödəməyə borcludur. Əgər tələbkar tərəf ölərsə, onun alacağı vəsait qanunla vərəsəliyi qəbul etmiş şəxs və ya şəxslərə ödənilməlidir. Bu zaman məhkəmə vəfat edənin həyat yoldaşını və ya övladını və yaxud da yaxın qohumlarını hüquqi varis kimi tanıyıb məhkəmə prosesinə cəlb edir və onlar tələbkar qismində çıxış edirlər.

Hazırladı:Qulam İsmayılzadə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı