Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82990
az

Nikah qurmaq üçün hansı sənədlər olmalıdır? - HÜQUQİ YARDIM 

18:3917 Fevral, 2023
357
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  nikah  zamanı  tələb  olunan  sənədlərlə  bağlıdır.

Zəruri olan sənədlərin siyahısı

Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri;

Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə ailə vəziyyəti barədə qeyd olmadıqda, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış (qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır);

Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı;

Nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) İcra Hakimiyyətinin sərəncamı;

1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarı;

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;

Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

İştirak etməli olan şəxslərin siyahısı
Nikaha daxil olmağı arzu edən şəxslər.

Dövlət rüsumunun məbləği

10 manat


Nikah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.

Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir.

Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Tısbağanın başından görün nələr çıxdı— ŞOK VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Polis 3,2 kq-dan artıq      narkotik             aşkarlayıb