Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81750
az

Xarici ölkəyə \"işləyən\"ləri hansı cəza gözləyir? - Casusluq edənlərin diqqətinə!

13:4603 Fevral, 2023
1828
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  casusluq edənlərin  cəzası ilə bağlıdır.

Məlumdur ki, son günlər İran hakimiyyəti Azərbaycana qarşı aqresiv siyasət yeridir. Azərbaycan güc strukturları İranın Azərbaycanda fəaliyyət göstərən casus şəbəkələrini ifşa etməkdə davam edir.Rəsmi məlumata görə,son günlərdə keçirilən əməliyyatlarda 39 nəfər şəxs İrana casusluqda şübhəli bilinərək saxlanılıb.Bu istiqamətdə uğurlu əməliyyatlar davam etdirilir.Məqsəd Azərbaycan Xalqının və Dövlətinin təhlükəsizliyini təmin etməkdir.

Bəs Dövlətə qarşı casusluq edən şəxslər aşkar edildikdə onları hansı cəza gözləyir?

Cinayət Məcəlləsinin 276-ci maddəsində casusluqdan bəhs edilir.

Məcəlləyə  görə,Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Dövlətə xəyanət edənləri hansı cəza gözləyir?

 

Cinayət Məcəlləsinə  görə, Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə — on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

Vətəndaşlar nə etməlidir?

Hər bir vətəndaş öz təhlükəsizliyi və Dövlətin təhlükəsizliyi üçün hüquq mühafizə orqanları ilə bu istiqamətdə sıx əməkdaşlıq etməlidir. Hər hansı bir şübhəli şəxs barədə hüquq mühafizə orqanlarına məlumat verə bilər.

Bunun üçün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  1656  nömrəli qaynar xətti,Daxili İşlər Nazirliyinin (DİN) 102 zəng xidməti,Baş Prokurorluğun 961 nömrəli çağrı mərkəzi fəaliyyət göstərir. Zənglər ödənişsizdir.

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub