Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib
15 Dekabr 2025, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2013
03.02.2023, 13:46
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu casusluq edənlərin cəzası ilə bağlıdır.
Məlumdur ki, son günlər İran hakimiyyəti Azərbaycana qarşı aqresiv siyasət yeridir. Azərbaycan güc strukturları İranın Azərbaycanda fəaliyyət göstərən casus şəbəkələrini ifşa etməkdə davam edir.Rəsmi məlumata görə,son günlərdə keçirilən əməliyyatlarda 39 nəfər şəxs İrana casusluqda şübhəli bilinərək saxlanılıb.Bu istiqamətdə uğurlu əməliyyatlar davam etdirilir.Məqsəd Azərbaycan Xalqının və Dövlətinin təhlükəsizliyini təmin etməkdir.
Bəs Dövlətə qarşı casusluq edən şəxslər aşkar edildikdə onları hansı cəza gözləyir?
Cinayət Məcəlləsinin 276-ci maddəsində casusluqdan bəhs edilir.
Məcəlləyə görə,Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dövlətə xəyanət edənləri hansı cəza gözləyir?
Həmçinin oxuyun
Cinayət Məcəlləsinə görə, Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə — on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Vətəndaşlar nə etməlidir?
Hər bir vətəndaş öz təhlükəsizliyi və Dövlətin təhlükəsizliyi üçün hüquq mühafizə orqanları ilə bu istiqamətdə sıx əməkdaşlıq etməlidir. Hər hansı bir şübhəli şəxs barədə hüquq mühafizə orqanlarına məlumat verə bilər.
Bunun üçün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 1656 nömrəli qaynar xətti,Daxili İşlər Nazirliyinin (DİN) 102 zəng xidməti,Baş Prokurorluğun 961 nömrəli çağrı mərkəzi fəaliyyət göstərir. Zənglər ödənişsizdir.
Hazırladı: Miri Məcidli
15:00 / 15 Dekabr 2025
7
14:53 / 15 Dekabr 2025
83
14:48 / 15 Dekabr 2025
14
14:39 / 15 Dekabr 2025
26
14:19 / 15 Dekabr 2025
287
14:13 / 15 Dekabr 2025
158
14:11 / 15 Dekabr 2025
41
13:00 / 15 Dekabr 2025
676
12:42 / 15 Dekabr 2025
920
12:36 / 15 Dekabr 2025
52
11:45 / 15 Dekabr 2025
110
11:43 / 15 Dekabr 2025
63
11:11 / 15 Dekabr 2025
123
10:38 / 15 Dekabr 2025
251
10:34 / 15 Dekabr 2025
69
10:30 / 15 Dekabr 2025
76
10:15 / 15 Dekabr 2025
78
10:04 / 15 Dekabr 2025
100
09:43 / 15 Dekabr 2025
813
09:40 / 15 Dekabr 2025
71
09:38 / 15 Dekabr 2025
88
09:36 / 15 Dekabr 2025
84
09:11 / 15 Dekabr 2025
83
09:02 / 15 Dekabr 2025
729
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.