Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81619
az

Döyüş sursatını hədə-qorxu ilə talayan şəxsləri bu cəza gözləyir

16:0301 Fevral, 2023
198
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımını  davam  etdirir.

 

Bu dəfə təqdim etdiyimiz  mövzu  odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə zamanı  yaranan  məsuliyyətlə  bağlıdır.

 

Bu barədə  Cinayət   Məcəlləsinin  232-ci maddəsində  bəhs  edilir.

 

232.1. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

232.2. Eyni əməllər:

232.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

232.2.2. təkrar törədildikdə;

232.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

232.2.4. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

232.3. Bu Məcəllənin 232.1 və ya 232.2-ci maddələrində nəzərdə tutulmuş əməllər;

232.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

232.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü