Qaynar xətt:

(+99450) 247 90 86

İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil edənləri bu cəza gözləyir

İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil edənləri bu cəza gözləyir

HÜQUQ

522

01.02.2023, 23:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardımını  davam  etdirir.

 

 

Bu dəfə  təqdim  etdiyimiz  mövzu  ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə  görə  nəzərdə  tutulan  məsuliyyətlə  bağlıdır.

 

Cinayət Məcəlləsinin 233-cü maddəsində  bundan  bəhs  edilir.

 

İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə— beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması  və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Hazırladı: Miri Məcidli