Qaynar xətt:

(+99450) 247 90 86

Dələduzluğun neçə il həbs cəzası var? - HÜQUQİ YARDIM 

Dələduzluğun neçə il həbs cəzası var? - HÜQUQİ YARDIM 

HÜQUQ

789

20.01.2023, 21:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.

Bu dəfə təqdim etdiyimiz  mövzu  dələduzluq  edən şəxsləri gözləyən  cəza  ilə  bağlıdır.

 

Cinayət Məcəlləsinin  178-ci maddəsində dələduzluğun yaratdığı  məsuliyyətdən  bəhs  edilir.

178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

178.2. Eyni əməllər:

178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

178.2.2. təkrar törədildikdə;

178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 

178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

178.4. Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —  on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Hazırladı: Miri Məcidli